logo

Bakı şəhəri üzrə muzdlu işçilərin sayı 804,6 min nəfər olub

13:32 05-02-2020 | icon 2604
Bakı şəhəri üzrə muzdlu işçilərin sayı 804,6 min nəfər olub

2019-cu ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 88 min 324 nəfər artaraq 804 min 692 nəfər olub.

YeniAvropa Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, hesabat dövründə işçilərin orta aylıq nominal əməkhaqqı 9,3 faiz artaraq 855,4 manat təşkil edib.