logo

Ərdoğan Putinlə regional məsələləri müzakirə edib

21:42 04-02-2020 | icon 2387
Ərdoğan Putinlə regional məsələləri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, söhbət zamanı Türkiyə prezidenti İdlibdə münaqişələrin qarşısının alınması məqsədilə bölgəyə göndərilən Türk Silahlı Qüvvələrinin hərbiçilərinə qarşı Əsəd rejimi tərəfindən təşkil edilən hücumun Suriyada sülh üçün həyata keçirilən ortaq səylərə zərbə vurduğunu ifadə edib. Bildirilib ki, Türkiyə oxşar hücumlara qarşı qanuni müdafiə haqqını ən sərt şəkildə qorumağa davam edəcək.

Dövlət başçıları Suriya və Liviyadakı vəziyyət daxil olmaqla regional məsələləri müzakirə ediblər.