logo

24 saylı Nizami I Seçki Dairəsinin favoriti Eldar Əliyevin seçicilərlə silsilə görüşləri davam edir

19:30 04-02-2020 | icon 2583
24 saylı Nizami I Seçki Dairəsinin favoriti Eldar Əliyevin seçicilərlə silsilə görüşləri davam edir

Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə  24 saylı Nizami I Seçki Dairəsindən namizəd Eldar Elxan oğlu Əliyevin təşviqat kampaniyası uğurla davam edir. 

 YeniAvropa xəbər verir  ki, fevralın 4-də Eldar Əliyev Nizami rayonunun Keşlə qəsəbəsində seçicilərlə silsilə görüşlər keçirib. Görüşlərdə Eldar Əliyevin seçki qərargahının üzvləri qəsəbə sakinlərini  deputatlığa namizədin seçki platforması ilə tanış ediblər. Qəsəbə sakinləri Eldar Əliyevi mehribanlıqla qarşılayıblar. Onu evlərinə dəvət ediblər, çay süfrəsinə qonaq ediblər.

 

 

Mətləb Ağayev küçəsində  isə Eldar Əliyevin  seçicilərlə görüşü izdihamlı keçib. 

 

 

Deputatlığa namizəd Eldar Əliyev seçiciləri narahat edən problemlərlə maraqlanıb, onların şikayət və təkliflərini dinləyib. Eyni zamanda  9 fevral seçkilərində keşləli seçicilərin xeyir-duasını qəbul edib.