logo

Fransanın baş naziri bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

16:57 03-02-2020 | icon 2373
Fransanın baş naziri bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

Fransanın baş naziri Eduard Filip mart ayında ölkədə keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, E.Filip başnNazir vəzifəsindən əvvəl 2010-2017-ci illərdə Avr şəhərinin meri olub. O bildirib ki, məqsədi yenidən Avrın meri olmaqdır.

Qeyd edək ki, Eduard Filipin reytinqi artıq əvvəlki kimi deyil. Avr şəhər sakinləri də ölkənin digər şəhərlərdəki kimi hökumətin pensiya islahatlarına qarşı nümayişlər keçiriblər.