logo

Deputatlığa namizədlərin 23%-i qadınlardır

18:53 03-02-2020 | icon 2324
Deputatlığa namizədlərin 23%-i qadınlardır

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadın namizədlərin sayı açıqlanıb.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, deputatlığa namizədlərin 299 nəfəri, başqa sözlə, 22,58 faizi qadındır. Deputatlığa kişi namizədlər isə 1025 nəfər, yəni, 77,42 faizdir.

Qeyd edək ki, hazırda deputatlığa 1324 namizəd var.