logo

Avropa İttifaqının ali nümayəndəsi İranda səfərdədir

17:31 03-02-2020 | icon 2310
Avropa İttifaqının ali nümayəndəsi İranda səfərdədir

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Josep Borrel fevralın 3-də İrana səfəri çərçivəsində Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə İranın nüvə proqramı, Avropa ilə əməkdaşlıq əlaqələri əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, ABŞ 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında imzalanan “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilədən çıxdıqdan sonra sanksiyalar daha da şiddətləndi. Avropa dövlətləri isə müqavilədən çıxmasalar da, onun şərtlərinə də əməl etmədilər. Bəzi Avropa dövlətləri İrandan neft almaqdan imtina etdi. İranın bankları sanksiya altında olduğuna görə hesablaşma üçün xüsusi mexanizm yaradılsa da, Avropa dövlətləri bu mexanizmdən də istifadə etmədilər. Bütün bunlardan sonra İran da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri azaldaraq nüvə tədqiqatlarını davam etdirməyə başladı.

Aİ nümayəndəsi ilə İran Xarici İşlər nazirinin görüşdə apardıqları müzakirələr barədə geniş məlumat verilmir.