logo

Paytaxtda 39,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

13:37 03-02-2020 | icon 2359
Paytaxtda 39,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ötən il paytaxtda 39,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib.

YeniAvropa Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sənaye məhsulunun 17,2 faizi emal sektorunda istehsal olunub.

2018-ci illə müqayisədə ötən il emal sektorunda qida məhsullarının istehsalı 25,8 faiz, içkilərin istehsalı 37,3 faiz, tütün məmulatlarının istehsalı 2,2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 3,6 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 82,2 dəfə, poliqrafiya fəaliyyəti 20,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 41,9 faiz, əczaçılıq məhsullarının istehsalı 8,1 faiz, hazır metal məmulatlarının istehsalı 63,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 17,6 faiz, maşın və avadanlıqların istehsalı 2,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,3 faiz, mebellərin istehsalı isə 3,1 dəfə, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 14,4 faiz, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri 27,7 faiz artıb.

Geyim istehsalı 11,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 36,5 faiz, neft məhsullarının istehsalı 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,1 faiz, tikinti materiallarının istehsalı 7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 28,5 faiz, elektrik avadanlıqların istehsalı 15,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 18,9 faiz azalıb.

İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 230,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.