logo

Bağdadda İraq-Azərbaycan əlaqələri müzakirə edilib

11:32 03-02-2020 | icon 217
Bağdadda İraq-Azərbaycan əlaqələri müzakirə edilib

Azərbaycanın İraqdakı müvəqqəti işləri vəkili Nəsir Məmmədov bu ölkənin Mədəniyyət, Turizm və Tarixi Abidələr naziri Əbdül Əmir əl-Həmdani ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan ilə İraq arasında dostluq əlaqələrinin yüksək səviyyədə olduğu, ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir Əbdül Əmir əl-Həmdani ötən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında İraqın Babil şəhərinin Dünya İrs Siyahısına salınmasında Azərbaycanın böyük dəstəyini vurğulayaraq, ölkəsi adından bir daha dərin təşəkkürünü bildirib.

Tərəflər, həmçinin iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini nəzərdən keçiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.