logo

14 cudoçumuz Avropa kubokundan cəmi 1 medalla vətənə dönür

20:56 02-02-2020 | icon 2884
14 cudoçumuz Avropa kubokundan cəmi 1 medalla vətənə dönür

Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan cüdoçularının da qatıldıqları açıq Avropa kuboku başa çatıb.

 YeniAvropa xəbər verir ki, 14 cüdoçu ilə turnirdə çıxış edən komandamız yarışı bir medalla başa vurub. Cüdoçumuz Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb. Komandamız bu nəticə ilə 8-ci olub. Birinci yeri 12 medalla Rusiya komandası tutub. Turnirdə 33 ölkədən 250-dən çox cüdoçu mübarizə aparıb.