logo

“Wizz Air” yenidən Varşava-Bakı aviareysini açmağı planlaşdırır

17:31 02-02-2020 | icon 2534
“Wizz Air” yenidən Varşava-Bakı aviareysini açmağı planlaşdırır

Polşanın  özəl “Wizz Air” aviaşirkəti  birbaşa Varşava-Bakı reysini açmağı planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd edilib. 

Bildirilir ki, aviareysin açılması ilə bağlı Azərbaycan tərəfinə müvafiq müraciət olunub və cavab gözlənilir. Razılıq əldə olunacağı təqdirdə, həftəlik ikitərəfli uçuşlar həyata keçiriləcək. 

Qeyd edək ki, hazırda Azərbaycan ilə Polşa arasında birbaşa uçuşlar yoxdur.

“Wizz Air” bu gün üçün Budapeşt-Bakı arası birbaşa uçuşlar həyata keçirir.

Xatırladaq ki, bundan əvvəl də “Wizz Air” Varşava-Bakı aviareysi üzrə uçuşlar həyata keçirib və bunlar mövsümi xarakter daşıyıb.