logo

Avropa İttifaqının təmsilçisi İrana səfər edəcək

15:35 02-02-2020 | icon 266
Avropa İttifaqının təmsilçisi İrana səfər edəcək

Avropa İttifaqının beynəlxalq əlaqələr və təhlükəsizlik məsələləri üzrə komissarı Josep Borrelli fevralın 3-də İrana səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayyəndəsi Abbas Müsəvi bildirib. O qeyd edib ki, səfər çərçivəsində J.Borrelli İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşəcək.

İran mətbuatı yazır ki, ABŞ–ın sanksiyalarından sonra Avropa ölkələri İran ilə ticarət əlaqələrini davam etdirmək və maliyyə hesablaşmalarını həyata keçirmək üçün xüsusi mexanizm hazırladılar. Lakin Vaşinqtonun təzyiqləri ilə Avropa bu mexanizmdən istifadə etmədi.

Qeyd olunur ki, səfər çərçivəsində bununla yanaşı İranın nüvə proqramına da toxunulacaq.