logo

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

13:47 02-02-2020 | icon 2170
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

YeniAvropa xəbər verir ki, paylaşımda deyilir: “Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”