logo

Cüdoçumuz Sofiyada keçirilən Avropa kubokunda ikinci olub

18:32 01-02-2020 | icon 2891
Cüdoçumuz Sofiyada keçirilən Avropa kubokunda ikinci olub

Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medala sahib olub.

YeniAvropa xəbər verir ki,bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Həlledici mərhələdə rəqibinə uduzan cüdoçumuz ikinci yerlə kifayətlənməli olub.

Yarışda 13 cüdoçumuz iştirak edir. Turnirə fevralın 2-də yekun vurulacaq.