logo

Ən çox deputatlığa namizədi 15 saylı Yasamal I Seçki Dairəsindədir 

11:43 01-02-2020 | icon 2380
Ən çox deputatlığa namizədi 15 saylı Yasamal I Seçki Dairəsindədir 

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində deputatlığa ən çox və ən az namizədin qeydə alındığı seçki dairələri məlum olub.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, deputatlığa ən çox namizəd 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb.

Bu seçki dairəsində deputatlığa 23 namizəd var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində deputatlığa 3 namizəd var.

Xatırladaq ki, hazırda deputatlığa 1325 namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312-si namizədliyini geri götürüb.