logo

Qazaxıstan Azərbaycanda 3 ticarət evi açmağı planlaşdırır

17:56 31-01-2020 | icon 266
Qazaxıstan Azərbaycanda 3 ticarət evi açmağı planlaşdırır

Qazaxıstan Azərbaycanda 3 ticarət evi açmağı planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdukərimov deyib.

O bildirib ki, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 229 milyon dollar olub.

“Azərbaycanda 3 ticarət evi açmağı planlaşdırırıq. Səfirliyin binasının birinci mərtəbəsində Qazaxıstan məhsullarının sərgisini təşkil edəcəyik, eyni zamanda, Qazaxıstanla Azərbaycan arasında İşgüzar Şura yaratmaq üçün rəsmiləşdirmə işlərinə başlamışıq”, - deyə səfir qeyd edib.