logo

Frank Şvabe AŞ PA müşahidə missiyasına rəhbərlik edəcək

16:44 31-01-2020 | icon 2520
Frank Şvabe AŞ PA müşahidə missiyasına rəhbərlik edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) büro iclasında fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün göndəriləcək müşahidə missiyasının rəhbəri təsdiqlənib.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, Frank Şvabe müşahidə missiyasının rəhbəri təyin olunub.

Xatırladaq ki, AŞ PA-dakı beş siyasi qrupun hər birini təmsil edən müşahidə heyəti fevralın 6-dan 10-dək parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək.