logo

Bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır

11:54 31-01-2020 | icon 2079
Bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır

Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Belə ki, Tədbirlər Planına əsasən, fevralın 2-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin məntəqə seçki komissiyaları tərəfindən seçicilərə paylanması başa çatmalıdır.

Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.