logo

Mərkəzi Bank banklarda kompleks yoxlamalar aparır

13:10 31-01-2020 | icon 2520
Mərkəzi Bank banklarda kompleks yoxlamalar aparır

Mərkəzi Bank banklarda kompleks yoxlamalar və qiymətləndirmə aparır.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.

“Atabank”da likvidlik, maliyyə dayanıqlılığı problemləri var. Biz təklifləri formalaşdırmışıq və Maliyyə Sabitliyi Şurasına təqdim edəcəyik. Ümumilikdə, əmanətlərin qorunması istiqamətində problem yoxdur. Mərkəzi Bank “Atabank”ın əmanətləçilərinin vəsaitlərinə çıxış imkanını tez bir zamanda yaratmağa çalışır. Bununla yanaşı, “Atabank”da qorunmayan əmanətlər də var. Biz banka tövsiyə etdik ki, həmin şəxslərə bildiriş göndərilsin", - deyə E.Rüstəmov qeyd edib.

O bildirib ki, “Atabank” haqqında qərar isə Maliyyə Sabitliyi Şurası tərəfindən veriləcək: “Düşünürük ki, bankın ödəniş qabiliyyətini itirməsi digər banklar üçün reputasiya riski yaradır. Biz problemin tez həll olunmasını istəyirik”.