logo

AŞ PA Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

21:27 30-01-2020 | icon 2135
AŞ PA Azərbaycanda parlament seçkilərini müşahidə edəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frank Şvabenin rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının və Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə birgə Azərbaycana səfər edəcək.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda olacaq və parlament seçkilərini müşahidə edəcək.

Qeyd olunur ki, nümayəndə heyəti namizədlər, partiya nümayəndələri, eləcə də Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyətinin, KİV-lərin nümayəndələri ilə görüşlər keçirəcək.