logo

ABŞ ticarət missiyası Azərbaycana səfər edəcək

19:52 30-01-2020 | icon 707
ABŞ ticarət missiyası Azərbaycana səfər edəcək

ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının birgə təşkilatçılığı ilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonda yerləşən inzibati binasında bu il aprelin 5-10-da ABŞ-dan Azərbaycana və Gürcüstana baş tutacaq ticarət missiyasına həsr edilmiş tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə ticarət assosiasiyalarının üzv və tərəfdaş şirkətləri, ABŞ dövlət qurumlarının nümayəndələri və hər iki ölkənin diplomatik missiyalarının nümayəndələri iştirak ediblər. Tədbirin xüsusi qonaqları qismində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Gürcüstanın İqtisadiyyat nazirinin müavini Genadi Arvaledze iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov həyat keçiriləcək ticarət missiyası barədə məlumat verib. Daha sonra Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Orxan Zeynalov çıxış edib və ölkəmizə gələcək ticarət missiyasına dəstək ifadə edib.

Tədbirin əsas qonaqları olan nazir müavinləri A.Kərimov və G.Arvaladze çıxış edərək hər iki ölkədə aparılan islahatlar, bu islahatların ABŞ şirkətlərinin Azərbaycan və Gürcüstan bazarlarında iştiraklarının genişlənməsinə zəmin yaratdığını bildiriblər. Nazir müavini A.Kərimov Azərbaycanda aparılan iqtisadi və sosial islahatlar barədə məlumat verib, bu islahatların Azərbaycanda biznes mühitini rəqabətli etdiyini bildirib.

Aprelin 5-10-da ABŞ şirkətlərinin Azərbaycan və Gürcüstana nəzərdə tutulan ticarət missiyası Birləşmiş Ştatların Ticarət Nazirliyi tərəfində sertifikatlaşdırılmış və ABŞ Ticarət Xidməti ilə birgə həyata keçirilir. Missiyanın aprelin 5-dən 7-dək Gürcüstanda, aprelin 8-10-da isə Azərbaycan olması nəzərdə tutulur.

Qeyd edək ki, sonuncu dəfə 2017-ci ildə Azərbaycana baş tutmuş belə bir missiya nəticəsində bir sıra ABŞ və Azərbaycan şirkətləri arasında müqavilələr imzalanıb, Azərbaycan bazarında olan bəzi Amerika şirkətlərinin isə buradakı iştirakı genişlənib.