logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

14:35 30-01-2020 | icon 2100
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 46 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.