logo

Türkiyə parlamenti Azərbaycandakı  seçkiləri geniş nümayəndə heyəti ilə müşahidə edəcək

12:37 30-01-2020 | icon 2548
Türkiyə parlamenti Azərbaycandakı  seçkiləri geniş nümayəndə heyəti ilə müşahidə edəcək

Türkiyə Böyük Millət Məclisi fevralın 9-da Milli Məclisə keçiriləcək parlament seçkilərini geniş nümayəndə heyəti ilə müşahidə edəcək. Nümayəndə heyətinə daxil olan deputatlardan beşi Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunu, ikisi isə TÜRKPA-nı təmsil edir.

Bu barədə YeniAvropa-ya məlumat verən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, nümayəndə heyəti seçkilərə dair son hazırlıq işlərini, səsvermə və nəticələrin elan olunması ilə bağlı bütün prosesləri izləyəcək. Müşahidəçi missiya seçkilərlə bağlı açıqlama da yayacaq.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra seçki sisteminin təkmilləşdirilməsi sahəsində böyük inkişaf yolu keçdiyini bildirən Şamil Ayrım deyib: “Azərbaycan parlamentinə keçirilən seçkilərə aid bütün proses əvvəlkilər kimi, yenə də ədalətli və şəffaf göstəricilərlə müşayiət olunmaqdadır. Əminəm ki, seçkilərin son nəticələri, prosesin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi həm Azərbaycan xalqını, həm də dünya ictimaiyyətini qane edəcək”.