logo

“Avstriya Hava Yolları” şirkəti Çinə bütün uçuşları dayandırıb

20:51 29-01-2020 | icon 2184
“Avstriya Hava Yolları” şirkəti Çinə bütün uçuşları dayandırıb

“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.