logo

Bakıdan Moskvaya uçan təyyarə quşla toqquşub geri qayıtdı

21:49 29-01-2020 | icon 2114
Bakıdan Moskvaya uçan təyyarə quşla toqquşub geri qayıtdı

Bakıdan Moskvaya yerli vaxtla 20:31-də yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin “J2-854” nömrəli reysinin kapitanı təyyarənin quş dəstəsi ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna enmək qərarı verib.

QSC-dən YeniAvropa-ya bildirilib ki, Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurla enib.