logo

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü 7 saat çəkib

22:19 29-01-2020 | icon 2163
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü 7 saat çəkib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilən görüşü yeddi saat davam edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya  bildiriblər ki, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.

Yanvarın 30-da danışıqların növbəti raundu keçiriləcək.