logo

Bu gün Avropa Parlamenti Böyük Britaniyanın Aİ-dən çıxmasının şərtlərini təsdiqləyəcək

16:41 29-01-2020 | icon 2429
Bu gün Avropa Parlamenti Böyük Britaniyanın Aİ-dən çıxmasının şərtlərini təsdiqləyəcək

Yanvarın 29-da Avropa Parlamenti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərini təsdiqləyəcək.

YeniAvropa xəbər verir ki, 27 ölkədən 751 nümayəndə əvvəlcə Brüsseldə Brexit müqaviləsi üzrə müzakirələr aparacaq.

Avropa Parlamentinin müqaviləni təsdiqləməsi ilə Brexit sazişinin irəliləməsinə son maneə də aradan qalxmış olacaq.

Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-də 23:00-da Avropa İttifaqını tərk edəcək.