logo

Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir

15:32 29-01-2020 | icon 2261
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçirilir

İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

YeniAvropa XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Twitter” hesabına istinadla xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edirlər.