logo

İran ABŞ-ın “Əsrin razılaşması” planını “Əsrin dələduzluğu” adlandırıb

14:35 29-01-2020 | icon 259
İran ABŞ-ın “Əsrin razılaşması” planını “Əsrin dələduzluğu” adlandırıb

İran ABŞ Prezidenti Donald Trampın Fələstin-İsrail münaqişəsinin həlli üçün təqdim etdiyi “Əsrin razılaşması” planının əleyhinədir.

YeniAvropa xəbər verir ki,bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nazir bildirib ki, bu plan regiona fəlakətdən başqa bir şey verməyəcək. Qüds şəhərinin ABŞ tərəfindən İsrailin yeni paytaxtı hesab edilməsi müsəlmanlar üçün qəbuledilməzdir. Buna qətiyyən yol vermək olmaz.

İranın Ali Rəhbəri Əli Xamneyi də ABŞ Prezidentinin planını tənqid edib və dünya müsəlmanlarını bu plana qarşı çıxmağa çağırıb.

İran parlamentinin sədri Əli Laricani isə D.Trampın “Əsrin razılaşması” planını “Əsrin dələduzluğu” adlandırıb.

Qeyd edək ki, D.Trampın İsrailin Baş Naziri Benyamin Netanyahunun iştirakı ilə Vaşinqtonda açıqladığı plana görə, regionda Fələstin adlı dövlətin yaradılması nəzərdə tutulsa da, müsəlmanların müqəddəs hesab etdikləri Qüds şəhəri İsrailin paytaxtı kimi təqdim olunub.