logo

AŞ PA-da “20 Yanvar” faciəsinin illdönümünə həsr edilmiş konfrans keçirilib

21:30 28-01-2020 | icon 2002
AŞ PA-da “20 Yanvar” faciəsinin illdönümünə həsr edilmiş konfrans keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində təşkilatın mənzil-qərargahında “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans təşkil edilib.

 YeniAvropa xəbər verir ki,Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən birgə təşkil edilən tədbirdə A ŞPA-nın üzvləri, diplomatik korpusun, Avropa Şurası katibliyinin, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans “20 Yanvar” faciəsinin qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Qanlı Yanvar günlərini əks etdirən fotolar nümayiş etdirilib. Toplantıda çıxış edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas araşdırmaçı Şirin Melikoff, Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş “Qara Yanvar” faciəsi barədə fikirlərini bölüşüblər.

Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib. 20 Yanvar hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib.