logo

Asiya İnkişaf Bankı ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

14:51 28-01-2020 | icon 2331
Asiya İnkişaf Bankı ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Asiya İnkişaf Bankı ilə KOB sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) YeniAvropa-ya bildirilib ki,agentlikdə bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş iqtisadçısı Joao Pedro Farinhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində KOBİA ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə, həmçinin KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxış imkanının genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivləri, eləcə də layihələrlə bağlı fikir mübadiləsi aparılıb.