logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

11:40 28-01-2020 | icon 2219
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 31 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

YeniAvropa xəbər verir ki,əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.