logo

Sergen Yalçın “Beşiktaş”ın baş məşqçisi təyin olunub

20:22 27-01-2020 | icon 3024
Sergen Yalçın “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Abdullah Avcı ilə yollarını ayıran Türkiyənin “Beşiktaş” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

YeniAvropa “NTV Spor”a istinadən xəbər verir ki, klub rəhbərliyi 47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Sergen Yalçın klubun əfsanəvi futbolçuları arasında yer alıb. O, on il formasını geyindiyi bu komandada 309 oyunda 87 qol vurub.

Cari mövsüm Superliqanın digər təmsilçisi “Yeni Malatyaspor”u çalışdırmış S.Yalçın bir neçə gün əvvəl vəzifəsindən istefa verib.

Xatırladaq ki, ölkə çempionatında son beş oyunun dördündə məğlub olan “Beşiktaş” 30 xalla yeddinci pillədə qərarlaşıb.