logo

Türkiyədə dağıntılar altından son cəsəd çıxarılıb

17:31 27-01-2020 | icon 2380
Türkiyədə dağıntılar altından son cəsəd çıxarılıb

Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində yaranmış dağıntılar altından son cəsəd çıxarılıb.

YeniAvropa xəbər verir ki,bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu bildirib.

Beləliklə təbii fəlakət zamanı həlak olanların sayı 41-ə çatıb. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə zəlzələ baş verib.