MSK seçki bülletenlərinin çapına başladı
Mərkəzi Seçki Komissiyası(MSK) 2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlayıb.
YeniAvropa xəbər verir ki, bu məqsədlə MSK-nın sədri Məzahir Pənahov və Komissiya üzvləri yanvarın 27-də Milli Məclisin mətbəəsinə baxış keçirərək, çap prosesinin gedişi və mətbəədə yaradılan şəraitlə tanış olublar.
Tədbirdə sədr Məzahir Pənahov seçicilərimizin konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün böyük əhəmiyyət kəsb edən bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulan vaxtda və qaydada hazırlanıb çap edilməsi, eləcə də aşağı seçki komissiyalarına verilməsi üçün qanunvericiliyin tələblərinə dəqiqliklə riayət olunmasının zəruriliyini diqqətə çatdırıb və tövsiyələrini verib.
Milli Məclisə seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün istisnasız açıq və şəffaf olan tədbir çərçivəsində Mərkəzi Seçki Komissiyasının sədri media mənsubları üçün brifinq keçirərək, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində gerçəkləşdirilən layihələr, həmçinin son hazırlıq işləri barədə ətraflı məlumat verib və jurnalistlərin suallarını cavablandırıb.
Sədr bildirib ki, Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Komissiyanın qərarına əsasən müəyyən olunub və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteninin çap olunması nəzərdə tutulub. Bülletenlər çap olunduqca, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, oradan isə məntəqə seçki komissiyalarına veriləcək.
Qeyd edək ki, seçki bülletenlərinin çap prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ