logo

İtaliyanın iş adamları Azərbaycana gələcək

16:44 26-01-2020 | icon 2513
İtaliyanın iş adamları Azərbaycana gələcək

Martın 8-11-də İtaliyanın Venesiya regionunun iş adamları Azərbaycana səfər edəcəklər.

 YeniAvropa xəbər verir ki, Venesiyanın Xarici Ticarət Palatası və Bakıda fəaliyyət göstərən İtaliya Ticarət Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək biznes-forum çərçivəsində hər iki ölkənin qarşılıqlı investisiya imkanları müzakirə olunacaq, maraqlı tərəflərin birbaşa görüşləri keçiriləcək.

Bundan əlavə, forumda iştirak edən şirkətlər üçün məhsul, bazar əlaqələrinin yoxlanılması aparılacaq, təklif olunan malların yerli bazara uyğunluğu qiymətləndiriləcəkdir.