logo

Gürcüstan anbarlarını Azərbaycan qazı hesabına doldurulacaq

17:44 25-01-2020 | icon 2492
Gürcüstan anbarlarını Azərbaycan qazı hesabına doldurulacaq

Gürcüstanda yeraltı qaz anbarı 2024-cü ildə istifadəyə veriləcək. Anbar Azərbaycandan alınacaq təbii qazın hesabına doldurulacaq.

YeniAvropa xəbər verir ki,bunu Gürcüstanın Neft-Qaz Korporasiyasının rəhbəri Qeorqi Baxtadze deyib.

Onun sözlərinə görə, ölkədə ilk yeraltı qaz anbarının tikintisi 2021-ci ildə planlaşdırılmışdı. Lakin bu çox çətin layihə olduğu üçün ciddi texniki işlər tələb edir. Ona görə də mütəxəssislər yenidən hər bir məsələni xırda detallarına qədər öyrənib, texniki-iqtisadi əsaslandırma hazırlanıb. Bu da çox uzun vaxt aparıb.

Q.Baxtadze deyib: “Cari ilin birinci rübündə qaz anbarının tikintisi ilə bağlı tenderin qalibi müəyyən olunacaq və ilin ikinci yarısında isə anbarın tikintisinə başlanılacaq. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.