logo

Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var

09:30 25-01-2020 | icon 420
Türkiyədə zəlzələ bölgəsində 922 nəfər yaralı var

Türkiyənin Elazığ bölgəsində baş verən dağıdıcı zəlzələ ilə bağlı axtarış-xilasetmə işləri davam edir. Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və güc nazirlikləri fəlakət bölgəsində birgə çalışırlar. Yerli vaxtla 7:40-a olan məlumata görə yaralıların sayı 922 nəfərə çatıb. Onlardan 14-nün vəziyyəti ağırdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, hökumətin yaratdığı Fövqəladə Vəziyyət Məntəqəsində “Qaynar xətt” fəaliyyət göstərir. Bildirilir ki, 19 nəfər həyatını itirib. Evləri dağılan və riskli hala düşən vətəndaşlar məktəblərdə, idman mərkəzlərində, digər azmərtəbəli binalarda yerləşiblər.

Ölkənin hər yerindən təbi fəlakət bölgəsinə yardım istiqamətləndirilib. Türkiyə Silahlı Qüvvələrinin 9 yük təyyarəsi Elazığ hava limanına enib.

Havaların kəskin soyuq olması evsiz insanların çətinliyini artırır.

Afterşok sayı 200-ə yaxınlaşır.