Nədən Rövnəq Abdullayev YAP-a qarşı çıxaraq, Könülü deputat etmək istəyir?
Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər bir neçə gündür ki, ikinci fazaya qədəm qoyub- namizədlərin təşviqat kampaniyasına statr verilib. YeniAvropa xəbər verir ki, bu mərhələ müxtəlif seçki dairələrindən qeydə alınmış namizədlər üçün müxtəlif məqəmları ilə yaddaqalan olub. Kimini seçicilər təhqir edərək, kəndə buraxmayıblar, kimini az qala daşla səhnədən düşürüblər...
Siyasi ekspertlərin fikrincə, seçki təşviqat kampaniyasının ən maraqlı və ən müəmmalı məqamları hələlik 24 saylı Nizami Birinci Seçki Dairəsində müşahidə edilməkdədir. Məsələ burasındaddır ki, son 3 çağırış(15 il!) Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının(YAP) bu dairədən namizədi SOCAR prezidenti Rövnəq Abdullayev olub. VI çağırış Milli Məclisə növbədənkənar seçkilərdə isə YAP bu dairədən adı geniş ictimaiyyətə məlum olmayan, indiyədək hər hansı ictimayi, yaxud siyasi tədbirlərdə iştirak etməyən, hətta jurnalistlərin belə tanimadığı SOCAR-ın Qaradağ rayonunda yerləşən “Metanol” zavodununu direktoru Elnur Mustafayevin namizədliyini irəli sürüb. Əslində burada qəribə heç nə yoxdur və partiyanın seçiminə hörmətlə yanaşmaq lazımdır. Amma ..
Burada məsələni maraqlı edən tamam başqa bir məqamdır. Bu isə sabiq deputat Rövnəq Abdullayevin hərəkətləri ilə bağlıdır.
Siyasi analitiklərin fikrincə, son bir ildə adının beynəlxalq mətbuatda müxtəlif korrupsiya qalmaqallarında, lobbiçilik adı altında ABŞ senotorlarını Azərbaycana uğursuz səfərlərinin təşkili və maliyyələşdirilməsində (ABŞ Ədliyyəsinin "İnterpol"a axtarışa verdiyi bu layihəyə rəhbərlik etmiş şəxsin-Kamal Öztürkün qəribə də olsa Ermənistanda(!) yaxalanması), eləcə də Malta hadisələrində hallanması, ən nəhayət oğlunun 2 milyon avroluq saatı İspaniya kurortlarında oğurlatdırması faktının uzun müddət yerli və xarici KİV-lərdə gündəm yaratması Rövnəq Abdullayevə yaxşı heç nə vəd etmirdi. Və bu, R.Abdullayevi alternativlər axtarışına sövq etdi. Çünki Avropanın göbəyində , eləcə də okeanın o tayında başlanan məhkəmə çəkişmələrinin bir ucu gec-tez mütləq Azərbaycana da gəlib çıxacaqdı. Hadisələri qabaqlamağa çalışan Rövnəq Abdullayev manevr etməyə məcbur idi. Odur ki, “öz deputat yeri”ni birinci vitse-prezident Mehriban Əliyevanın Təşkilat Komitəsinin sədri olduğu idman yarışlarında texniki komanda üzvlərindən biri olan Könül Nurullayevaya “hədiyyə” etməklə , bir növ birinci ailə qarşısında günahlarına yumağa cəhd etdi. Və müəyyən mənada bunu bacardı da. Amma necə? Mövcud seçki qanunvericiliyinin tələblrini kobud şəkildə pozmaqla!
Ekspertlərin sözlərinə görə , yanvarın 17-də- seçki təşviqat kampaniyasına start verilən gün Rövnəq Abdullayevin Könül Nurullayevanı yanına salıb, qorumaların əhatəsində, Keşlə məscidinə (!) gətirib kənd sakinlərinə “gələcək deputatınıza xeyir-dua verin” deməsi , dini müəssisədə təşviqat kampaniyası aparması birbaşa qanun pozuntusudur! Və təkcə bu faktın mövcudluğu həmin xanımın namizədliyinə xitam verilməsi üçün yetərlidir! Lakin seçkidə iştirak edən digər namizədlərin dəfələrlə müraciət edilməsinə baxmayaraq, nə 24 saylı Nizami Birinci Seçki Dairəsi, nə də ki, Mərkəzi Seçki Komissiyası Könül Nurullayevanın namizədliyini ləğv etməkdə maraqlı görünmürlər.
Əksinə ,R.Abdullayevin vasitəçiliyi ilə onun geniş təşviqat kampaniyası aparmasına münbit şərait yaradılmaqdadır. SOCAR prezidentinini tabeçilində olan “Report” informasiya agentliyi demək olar ki, bütün fəaliyyətini yalnız bu xanım namizədin təbliğatı üzərində qurub.
Siyasi analitiklər belə hesab edirlər ki, YAP-ın yetirməsi olan R.Abdullayevin indi partiyaya arxa çevirib, bütün imkan və resurslarını 24 saylı Nizami Birinci Seçki Dairəsindən deputatlığa namizəd olan Elnur Mustafayev deyil, məhz Könül Nurrullayeva üzərində qurması , xanım namizəd üçün Keşlənin mərkəzində seçki qərargahı açması, qərargah qarşısında hər gün Könülün afişalarını yenilətdirməsi(sanki bu xanım deputatlığa deyil, gözəllik yarışmasına, yaxıd fotomodelliyə hazırlanır-red) – bunula da birinci xanımın yanında özünə hörmət qazanmaq cəhdi , heç olmasa bu yolla olsa belə günlərin birində Avropadan gələcək bəd xəbərlərdən özünü sığortalamaq cəhdi, heç də uğurlu gediş deyil. Belə ki, keşləlilər son 15 ildə Rövnəq Abdullayevin üzünü qəsəbədə heç 15 dəfə görmədikləri üçün , onun ata malı kimi “öz yerinə” qoymaq istədiyi namizədə qarşı heç bir rəğbəti də olmayacaq. Çünki , indi zaman o zaman deyil və seçici də artıq fəallaşıb. Digər tərəfdən də R.Abdullayevin “seçildiyi” zamanİarın üstündən xeyli sular axıb . Və bu günün seçicisi artıq internet əsrində yaşayır və kimin kim olduğundan anında xəbər tuta bilir.
Seçici Könül Nurullayevanın mötəbər beynəlxalq təşkilatlar və idman federasiyalarının üzvü olmasından, bu xanımın ilin 365 günüdən 200 gününü xarici səfərlərdə olmasından, deputat seçilərsə belə Milli Məclisin sessiyalarında iştirak etməyə vaxtının belə olmayacağından artıq xəbərdardır və bunu dəyərləndirə bilir. Odur ki, seçki günü-9 fevralda bütün bu məqamlar mütləq nəzərə alınacaqdır.
Odur ki, ekspertlər belə hesab edirlər ki, R.Abdullayev bu dəfə artıq hərəkətə başlamış qatara bilet alıb minməyə gecikib, özü də çox gecikib....
P.S. Mövzu ilə bağlı Rövnəq Abdullayevin də fikirlərini dərc etməyə hazırıq.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb