logo

Xətai rayonunda “Mercedes”in vurduğu piyada ölüb

16:10 24-01-2020 | icon 2282
Xətai rayonunda “Mercedes”in vurduğu piyada ölüb

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, rayonun G.Mehmandarov küçəsində yolu keçən paytaxt sakini İbadət Mahmudov Masallı rayon sakini Y.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.