logo

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

14:51 24-01-2020 | icon 2926
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli qərarı ilə təsdiqlənib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyənləşdirilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları üçün müvafiq qərarla “Maliyyə fəaliyyəti olmaması barədə arayış” forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, “www.qht-hesabat.maliyye.gov.az” saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçmək və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatları və ya maliyyə fəaliyyəti olmamasına dair təsdiqlənmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etmək tələb olunur.