logo

Seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib

20:42 23-01-2020 | icon 252
Seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib

Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.

YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ümumilikdə 42 min 257 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini bildirib.

Qeyd edib ki, onlardan 1302-si Mərkəzi Seçki Komissiyasında, 40 min 955-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

MSK sədri, həmçinin qeyd edib ki, Milli Məclisə seçkiləri izləmək üçün 262 beynəlxalq müşahidəçi də qeydiyyata alınıb.