Bakıda Hindistanın milli bayramı qeyd edilib
Yanvarın 23-də Hindistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
YeniAvropa xəbər verir ki, əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı əlaqələrdən danışıb. Bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ilk ölkələrdən biri də Hindistandır.
Səfir qeyd edib ki, 71 il öncə ölkə konstitusiyası bərqərar olunub, ötən illər ərzində Hindistan sürətlə inkişaf edib və bəşəri dəyərlərə töhfə verib.
Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla bütün sahələrdə dostluğu və əməkdaşlığı möhkəmləndirmək arzusunda olduğunu vurğulayıb.
İki ölkə arasında münasibətlərə toxunan səfir bildirib ki, Azərbaycan və Hindistan arasında dərin mədəni və tarixi əlaqələr mövcuddur: “Multikulturalizmə və mədəniyyətlərarası dialoqa olan hörmət bizi bir-birimizə bağlayır. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu ilbəil genişlənir. Azərbaycan və Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində də əməkdaşlıq edir”.
Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov əlamətdar gün münasibətilə Hindistan xalqını Azərbaycan hökuməti adından təbrik edib, iki ölkəni bir-birinə mədəni, tarixi dəyərlərin bağladığını vurğulayıb. Nazir müavini Azərbaycanla Hindistanın siyasi əlaqələrinin uğurla inkişaf etdiyini və ölkələrimizin beynəlxalq siyasi platformalarda səmərəli əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıb: “2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çox olub. Hazırda Azərbaycanda 230 Hindistan şirkəti fəaliyyət göstərir və onlar Azərbaycana 1,2 milyard ABŞ dolları sərmayə yatırıblar”.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak edib.
“Azercell” ilə “TikTok” indi daha əlçatandır
Parlament Jurnalistləri Birliyi açıqlama yaydı
SOCAR və DİNi strateji obyektlərin mühafizəsini müzakirə edib
Manatın martın 1-nə olan rəsmi məzənnəsi açıqlanıb
UEFA Avropa Liqasında 1/8 finalın püşkü atıldı
Prezident: Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur, amma hər şeyin öz vaxtı, öz yeri var
Sükut dəqiqəsi: Xocalı soyqırımı qurbanları anıldı
İlham Əliyev Ərdoğana zəng edib ad gününü təbrik etdi
Putin Qarabağa görə yenidən Təhlükəsizlik Şurasını topladı
İlham Əliyevdən xəbərdarlıq:“Kim şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək”
Azərbaycanda daha 219 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü
Qarabağda 1374 hərbçinin cəsədi tapılıb
İlham Əliyev 4 saatlıq mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb
Sabah Moskvada Qarabağa dair növbəti üçtərəfli görüş keçiriləcək
Prezident iranlı jurnalistin sualına sərt cavab verdi
Yerevanda Paşinyana istefa tələbi ilə mitinqi keçirilir
Güləşçimiz Turan Bayramov erməniyə qalib gəldi
Sinoptiklərdən güclü külək və qar xəbərdarlığı
Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar
Sabah Bakıda 8° isti olacaq
İlham Əliyev: Biz yeni reallıqlar yaratmışıq və Ermənistan, bütün ölkələr bu reallıqla hesablaşmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq...
Bakıda 1000 manata tapança satmaq istədi-yaxalandı
Türkiyə XİN: Xocalı qətliamının açdığı yaralar bizim üçün təzədir