logo

SOCAR “LUKoil”la əməkdaşlıq memorandumu imzalayıb

22:15 22-01-2020 | icon 2583
SOCAR “LUKoil”la əməkdaşlıq memorandumu imzalayıb

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.

 YeniAvropa xəbər verir  ki, görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün yekununda SOCAR və "LUKoil” şirkətləri arasında bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.