logo

Ötən il Azərbaycanda 1, 2 ton narkotik vasitə dövriyyədən çıxarılıb

20:13 22-01-2020 | icon 2226
Ötən il Azərbaycanda 1, 2 ton narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən il qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb.

YeniAvropa xəbər verir  ki, bunu yanvarın 22-də Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

V.Eyvazov bildirib ki, qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.