logo

2020-ci ildə keçiriləcək imtahanların tarixləri açıqlanıb

16:55 22-01-2020 | icon 3276
2020-ci ildə keçiriləcək imtahanların tarixləri açıqlanıb

2020-ci ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan edilib.

DİM-dən YeniAvropa-ya bildirilib ki, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi iyunun 7, 14 və 21-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi iyulun 5-də keçiriləcək.

XI siniflər üzrə buraxılış imtahanları aprelin 5, 12 və 19-da təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

Digər imtahanların qrafiki ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi izləməyi tövsiyə olunur.