logo

Paytaxtda aptekdə psixotrop tərkibli dərmanlar satan şəxslər saxlanılıblar

13:58 22-01-2020 | icon 2142
Paytaxtda aptekdə psixotrop tərkibli dərmanlar satan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.