logo

Xarici qoşunların İraqda qalması məsələsi də Davosda müzakirə edilib

18:45 22-01-2020 | icon 2352
Xarici qoşunların İraqda qalması məsələsi də Davosda müzakirə edilib

Dünya İqtisadi Forumunun illik toplantısının keçirildiyi Davosda ABŞ Prezidenti Donald Tramp iraqlı həmkarı Bərham Salih ilə görüşüb.YeniAvropa xəbər verir ki,tərəflər İraqda xarici qoşun kontingentinin qalması məsələsini müzakirə ediblər.

Görüşdən sonra İraq Prezidentinin aparatı tərəfindən yayılan bəyanatda bildirilib ki, bundan əvvəl Vaşinqton qoşunların bu ölkədən çıxarılması barədə Bağdadın müraciətinə mənfi cavab verib. “Görüşdə xarici qoşun kontingentinin sayının azaldılması və İraq xalqının ölkənin suverenliyinin qorunması barədə tələblərinə hörmətlə yanaşılması müzakirə edilib”, -deyə bəyanatda qeyd olunub.

İraq parlamenti yanvarın 5-də xarici qoşunların ölkədən çıxarılması barədə hökumətə müraciət qəbul edib. İranlı general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-ın hərbi bazalarının raketlərlə vurulması Bağdadda gərginliyi daha da artırıb. İraqın Baş Naziri Adil Əbdül Mehdi Birləşmiş Ştatların qoşun hissələrinin çıxarılması barədə parlamentin qərarına əsasən Vaşinqtona müraciət ünvanlayıb, lakin qarşı tərəf buna məhəl qoymayıb.