logo

Livanda uzun sürən iğtişaşlardan sonra yeni hökumət qurulur

16:37 22-01-2020 | icon 2359
Livanda uzun sürən iğtişaşlardan sonra yeni hökumət qurulur

Livanda uzun sürən iğtişaşlardan sonra yeni hökumət qurulur.YeniAvropa xəbər verir ki,ölkə parlamentində keçirilən məsləhətləşmələrdən sonra keçmiş Təhsil naziri Həsən Diab yeni Baş Nazir elan edilib və ona yeni kabineti formalaşdırmaq həvalə olunub.

İxtisası kommunikasiya mühəndisi olan yeni Baş Nazirin namizədliyini parlamentin 128 deputatından 69-u dəstəkləyib. Digər namizəd Navaf Salam cəmi 13 səs toplayıb. Jurnalistlərə müsahibə verən Həsən Diab hər hansı siyasi qruplaşmaya, o cümlədən Hizbullah təşkilatına mənsub olmadığını bəyan edib.

Xatırladaq ki, Livanda ötən il oktyabrın 29-da hökumətin korrupsiya ittihamları əsasında istefa verməsindən sonra yaranan siyasi böhran iğtişaşlara səbəb olmuşdu. Livanın Maliyyə Nazirliyinin məlumatına görə, bu ölkənin xarici borcu (86,2 milyard dollar) dünyada ən yüksək səviyyələrdən birindədir.