logo

Dekabrda dəmir yolu ilə 358 milyon dollarlıq yük daşınıb

14:31 21-01-2020 | icon 273
Dekabrda dəmir yolu ilə 358 milyon dollarlıq yük daşınıb

Ötən ay dəmir yolu nəqliyyatı ilə ümumilikdə 772 min 690 ton yük daşınıb ki, bu yüklərin dəyəri 357,8 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən YeniAvropa-ya bildirilib ki,dekabrda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 230 min 369 ton yükün dəyəri 76 milyon dollar təşkil edib.

Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 542 min 322 ton, dəyəri isə 281,7 milyon dollar olub.