logo

Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

11:47 21-01-2020 | icon 2401
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki,səfər çərçivəsində nazir qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.